Təmiz Şəhər” ASC “Xüsusi təyinatlı texnikaların satınalınmasını” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Amina And S Services” MMC olub. Şirkətlə 4 milyon 042 min 637 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Pedaqoji Kollecin 96 min 040 manat dəyərindəki “Cari təmir” (22.02.2022) tenderini qazanıb.