“Sağlam Ailə” tibb mərkəzi Tender.az portalı vasitəsi ilə 2020-ci il ərzində tibbi və təsərrüfat fəaliyyəti çərçivəsində zəruri malların alınması üçün 8 sektor üzrə açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki,Tender.az-dan verilən məlumata görə, iştirak etmək istəyən sahibkarlar portaldan qeydiyyatdan keçib öz xidmətlərini və məhsullarını təqdim edə bilərlər. Təkliflərin verilməsi ödənişsizdir.
Eləcə də bax: Dövlət qurumu dərman alır - KOTİROVKA SORĞUSU
Lot 1 –Dərmanlar, peyvəndlər və digər aptek malları
Lot 2 –Dəftərxana malları
Lot 3 – Kompüter və ofis texnikası və sərf materialları
Lot 4 - Ərzaq və mətbəx malları
Lot 5 - Poliqrafiya və reklam malları
Lot 6 –Laborator diaqnostik reagent kitləri
Lot 7 –Tibbi və laborator sərf malları
Lot 8 –Təmizlik vasitələri və təsərrüfat malları
Tələb olunan sənədlər elektron poçt vasitəsi ilə sifarişçiyə göndərilməlidir:
1) İştirakçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
2) Maliyyə vəziyyəti haqqında bank arayışının sürəti
3) Nizamnamənin surəti
4) Dövlət qeydiyyatı reyestrindən çıxarışın surəti
5) VÖEN vəsiqəsinin surəti
6) Bank rekvizitləri
7) Rəhbərin şəxsiyyət vəsiqəsi
8) İddiaçının maddi-texniki bazasının göstəriciləri (anbarda olan malların həcmi, anbar dövriyyəsi, minimal olaraq 30% kreditor borcun saxlanması qabiliyyəti)
Bütün sənədlərin surəti “Əsli ilə düzdür” qeydi ilə rəhbər tərəfindən imzalı və möhürlü təqdim olunmalıdır.
Marja