Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi iki ədəd xüsusi növ texnikaların satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 8600213091
Satınalan təşkilatın ünvanı: Şuşa şəhəri
Müsabiqənin başlama tarixi və vaxtı: 14.06.2023 17:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 20.07.2023 15:00
Ödəniş şərtləri - Müqavilənin dəyərinin 30 faizi həcmində avans ödənilə bilər. Bu zaman avans ödənişinin 100 faiz həcmində bank təminatı təqdim edilməlidir. Malların dəyəri təqdim edildikdən sonra təsdiq edici sənədlərə əsasən ödənilir
Çatdırılma yeri - Şuşa şəhəri
Çatdırılma müddəti - 3 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının 2022-ci il üzrə sürəti
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış
İddiaçının rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
İxtisas göstəriciləri:
Müqavilənin icrasına cəlb olunacaq ixtisaslı kadrlar haqqında arayış
Son bir il ərzində yerinə yetirdiyi işlər haqqında arayış
Texniki servis xidmətinin göstərilməsi üçün nəzərdə tutulan məntəqə haqqında məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ağasəlim İmranzadə, Mühasib-satınalma üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994 70 558 88 58
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
20 metr yüksəkliyə qalxa bilən teleskopik səbət maşını |
Minimum tələblər: Buraxılış ili: 2022-2023 (Yeni) Yürüş:0 km,Euro 4-5, Mühərrik həcmi: 5000 cc, Mühərrik gücü : 150 a.g, Mexaniki, 6 pilləli , Oturacaq sayı: 1+2, Yük götürmə min. 5 ton, Kondisioner/ABS tənzimlənən sükan, elektrikşüşə qaldırıcı (yanğın söndürmə balon, ilk yardım çantası, qəza dayanma nişanı) Yanacaq çən həcmi: 100 L, Teleskopik səbət qalxma yüksəkliyi: 20 metrə, Teleskopik səbət yük götürməsi: 250 kg, Teleskopik platformun dönmə radiusu: sağ 135° və sol 135°, Teleskopik səbətin ayaq sayı: 4 ədəd, Teleskopik səbətin 2 idarə etmə paneli : Səbət`dən və yerdən, Səbətin alət şkafı/ Səbətdə işıqlandırma proyektoru, Proporsional nəzarət sistemi/ Ekran xəta görsətmə sistemi, Zəmanət müddəti 2 il və ya 150.000 km(istehsal Xətası ola bilən bütün hissələr üzrə). |
1 |
ədəd |
2 |
5+1 oturacaqlı bortlu yük maşını |
Minimum tələblər: Buraxılış ili: 2022-2023 (Yeni) Yürüş: 0 km, euro 4-5, Mühərrik həcmi: 2900 cc, Mühərrik gücü : 120 a.g, Sürətlər qutusu:5 pilləli mexanika, Yük götürmə min. 4000 kg, Yanacaq çən həcmi: 70 L, Oturacaq sayı: 5+1, Bort ölçüləri : 3200/2100/1200mm, Kondisioner/ABS, ESP,3 nöqtəli təhlükəsizlik kəmərləri tənzimlənən sükan, elektrikşüşə qaldırıcı (yanğın söndürmə balon ilk yardım çantası, qəza dayanma nişanı), Zəmanət müddəti 2 il və ya 150.000 km(istehsal Xətası ola bilən bütün hissələr üzrə). |
1 |
ədəd |