Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Daxili məhkəmə proseslərinin mərkəzləşdirilmiş vahid elektron uçotunun və idarəetmə sisteminin qurulması işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib.
FED.az xəbər verir ki, «Dövlət satınalmaları haqqında» Qanununun 30.2-ci maddəsinə uyğun olaraq tender təkliflərinin verilməsinin son müddəti 2020-ci il 16 noyabr saat 15:00 və tender təklifi zərflərinin açılışı vaxtı 2020-ci il 17 noyabr saat 15:00 müəyyən edilib.