Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar 05 iyul 2019-cu il tarixində keçirilmiş açıq tenderin qalibləri bəlli olub.
Eləcə də bax: MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini - AÇIQLAYIB
FED.az xəbər verir ki, Lot-1 üzrə “Diadem” MMC, Lot-2 üzrə “Merkuri-İnşaat” MMC ilə “Conco” MMC konsorsiumu, Lot-3 üzrə “AS Tikinti” MMC, Lot-4 üzrə “Merkuri-İnşaat” MMC, Lot-5 üzrə “Chinar İnshaat” MMC və Lot-6 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.
Bununla yanaşı bildirişdə müqavilələrin məbləğləri açıqlanmayıb.