İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bədii janrda və sosial məzmunda video çarxların hazırlanması xidmətlərinin satın alınması üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 23.09.2022 17:00-a kimidir və iştirak ödənişi 350 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rəhimov
Əlaqə: 012) 310 07 70 (2022)
Alınacaq xidmətlərin siyahısı:
1 Sifarişçinin təqdim etdiyi sinopsislər əsasında icbari tibbi sığorta ilə bağlı bədii janrda video çarx. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 1-2 dəqiqə. 20 ədəd
2 Sosial məzmunda video çarx. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 1-3 dəqiqə. 6 ədəd