Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu Elektron kredit platformasının təkmilləşdirilməsi, texniki dəstək və miqrasiyası xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Azərsu tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 350 manatdır.
Sahibkarlığın İnkişafı Fondu
VÖEN: 1305619841
Hesablaşma hesabı: AZ03PAHA36015AZNHC0100089628
Bankın adı: “PAŞA Bank” ASC
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesabı: AZ82NABZ01350100000000071944
S.W.I.F.T. PAHAAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti
haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat;
- tenderin Əsas şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 23 iyul 2021-ci il saat 15:00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 02 avqust 2021-ci il saat 15:00-dək Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 03 avqust 2021-ci il saat 15:00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
İddiaçılar E-şərtlər toplusunu 01.07.2021-ci il saat 14:00-dan sonra əldə edə bilərlər.