Azərbaycanda daha bir dövlət qurumu müsahibə əsaslı satınalmalara başlayıb.
FED.az xəbər verir ki, uzun illərdən bəri satınalmaları ictimaiyyətə açıqlanmayan Müdafiə Nazirliyi iyulun əvvəlindən açıq tender, kotirovka və təkliflər sorğusu üsulu ilə satınalmalarına start verib.
Dövlət qurumu böyük tender - ELAN EDİR - ŞƏRTLƏR
Qeyd edək ki, əvvəllər nazirliyin tenderləri geniş sahibkar kütləsi üçün əlçatan deyildi. İş adamlarının əksəriyyəti Müdafiə Nazirliyinin xətti ilə satınalmalarda yalnız 2-ci, 3-cü və ya 4-cü mərhələli subpordratçı kimi iştirak edə bilirdilər.
İcra Hakimiyyəti təmir işləri üzrə - TENDER ELAN EDİR - SİYAHI
Amma dövlət satınalmaları sahəsində aparılan islahatlar, xüsusilə də ölkədə dövlət satınalmalarına nəzarət edən qurum - Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin yenidə qurulması, bu sahədə şəfaflığı artırıb.
Nəticədə indiyədək dövlət satınlamalarından kənarda qalan qurumlar, o cümlədən Dövlət Mühafizə Xidməti, Milli Məclis və artıq Müdafiə Nazirliyi də açıq şəkildə - tender prosedurları ilə satınalmalara başlayıblar.
Hazırda özəl şirkətlər və sahibkarlar Müdafiə Nazirliyinin tenderlərində iştirak edə, sifarişlər götürmək üçün müraciət edə bilərlər. Qeyd edək ki, Müdafiə Nazirliyi tenderlərə başlayandan ötən müddət ərzində – son 2 ayda 13 tender, 20-yədək kotirovka və təkliflər sorğusu elan edib.
Nazirliyin satınalmaları geyimlər, suvenirlər, günəş enerji sistemləri, ərbi və sair geyimlər, yataq dəstləri, çap işləri, elektrik malları və inşaat materialları, rabitə avadanlıqları, televizor və antennalar, avtomobilərin və texnikanın təimiri və sair sahələrə aiddir.
Bu sahədə rastlaşdıqları pozuntular və ya qanunsuzluqlar barədə Antiinhisar Xidmətinə müraciət etmək tələb olunur.