FED.az xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi” tender keçirir.
Lot-1. Təchizat zəncirinin idarəedilməsi xidmətlərinin satınalınması.
Lot-2. İnformasiya texnologiyaları üzrə texniki xidmətlərin satınalınması.
Lot-3. Yaşıllaşdırma xidmətinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 (əlaqələndirici şəxs: Dəniz Məcidlidən, telefon: (+99 412) 310 11 10, daxili nömrə 7101) nömrəli ünvandan ala bilərlər .
İştirak haqqı
Lot-1 və Lot-2 hər biri 250 (iki yüz əlli) Lot-3 isə 300 (üç yüz) manatdır.
H/h: AZ53AİİB33010019444805754148
VÖEN: 4700664781 Bank: “Kapital Bank” ASC-nin Qusar rayon filialı
Kod: 200480 VÖEN: 9900003611 M/h: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; -iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - iddiaçının maddi-texniki bazası haqqında arayışı; Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 iyun 2018-ci il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 13 iyun 2018-ci il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 14 iyun 2018-ci il lot-1 üzrə saat 15.00-da, lot-2 üzrə saat 16.00- da və lot-3 üzrə isə saat 17.00-da, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Şahdağ Turizm Mərkəzi - TENDER ELANI
10:24
15 May 2018