Kliniki Tibbi Mərkəz reklam işlərinin satınalınması üzrə tender elan edir.
Eləcə də bax: DİN təsərrüfat malları alır - TENDER, ŞƏRTLƏR
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 22.04.2022-ci il saat 18:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla 2021 - ci il üzrə olmalıdır.
Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin notarial təsdiq forması əlavə edilməldir – pdf formatda portala əlavə edilməli;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarialtəsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd (2022-ci il tarix üçün) - statistika komitəsi tərəfindən əldə edilmiş olmalı sənəd–pdf formatda portala əlavə edilməlidir.
Rekvizitlər - şirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı - pdf formatda portala əlavə edilməlidir.
Qeydiyyatdan keçdiyi ölkə - şirkətin Dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) pdf formatda portala əlavə edilməlidir.
Nizamnamə - şirkətin Nizamnaməsi (əgər dəyişiklik olmuş- dursa dəyişikliklə birlikdə) notarial təsdiq olunmuş pdf formatda pdf portala əlavə edilməlidir.
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı - bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilməlidir.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış - müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması - pdf formatda portala əlavə edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Üzeyir Abidinov, Satınalma şöbəsinin rəhbəri
Əlaqə: 0772995454