Daxili İşlər Nazirliyinin Baş Dövlət Polisi İdarəsi təsərrüfat mallarının satınalınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 27.04.2022-ci il saat 10:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - 01.03.2022-ci il tarixdən sonra alınmalı;
Nizamnamə - notarial qaydada qəsdiq olunması zəruridir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - zəruridir.
Qeydiyyatdan keçdiyi ölkə - notarial qaydada qəsdiq olunması zəruridir.
Maliyyə vəziyyəti haqqında bank arayışı - 01.03.2021-01.03.2022-ci il tarixini əhatə etməlidir.
Rekvizitlər - rəsmi blankda imzalı, möhürlü formada;
Sahibkarlıq subyektinin meyarı - statistika komitəsindən alınmalı;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - 01.03.2022-ci il tarixdən sonra alınmalı.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əvəz Məmmədzadə, Baş mühəndis
Əlaqə: 0123422960