FED.az TENDER xəbər verir ki, Gəncə Şəhər Mənzil–Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2019-cu ildə mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Lot-1. Mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.
İşlərin yerinə yetirilməsi 2019-cu ilin sonunadək nəzərdə tutulur.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun aşağıda göstərilən lot üzrə tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot-1 üçün 120 manat məbləğdə iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilən ünvandan tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Təşkilat- Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi
VÖEN- 2300336431
H/h- AZ58AZRT38060019440017830004
“AZƏR-TÜRK” BANK ASC
Kod - 506883
VÖEN-9900006111
M/h- AZ02NABZ01350100000000022944
S.W.I.F.Bik: AZRTAZ22
Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərilməlidir.
Tenderdə iştirak etmək istəyənlər 12 mart 2019-cu il saat 17.00 -dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının tam adı,hüquqi statusu,qeydiyyat şəhadətnaməsinin surəti (təsdiq olunmuş);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analojı işlərin yerinə yetirilməsinə dair iddiaçıların potensial imkanları haqqında məlumat (texniki baza, avadanlıq, işçi qüvvəsi və s.).
Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.Tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır.
Həmin təminat zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
İddiaçılar lot üzrə tender təkliflərini 18 mart 2019-cu il saat 18.00-a qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender proseduru 19 mart 2019-cu il saat 15.00-da Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində (Gəncə şəhəri, inzibatı bina 517) keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- T.Quliyev, telefon - 022 253 92 22.
Rayonda təmiri işləri – TENDER ELANI
15:47
19 Fev 2019