Şəki Şəhər İcra Hakimiyyətinin 2 tenderinin qalibləri açıqlanıb.
Eləcə də bax: Azərbaycanda 37 milyon manatlıq tenderləri - 3 MƏŞHUR ŞİRKƏT UDDU – SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, çoxmənzilli ictimai yaşayış binalarının dam örtüyü və fasadın (mənzil fondu) əsaslı təmiri işlərinin satınalınması üzrə tenderin qalibi "Dinar" firması (137 min manat), Şəki rayonu ərazisində fəaliyyət göstərən uşaq bağçaları, körpələr evi uşaq bağçaları üçün 2021-ci il ərzində “maşın və avadanlıqlar” ın satınalınması üzrə tenderin qalibi isə "Xəzri2010" MMC (53,6 min manat) olub.
Hər iki şirkətlə müvafiq müqavilələr imzalanıb.