"MİDA" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində mühəndisi-geoloji axtarış işləri, mühəndis-geoloji rəyi, şəhərsalma əsaslandırılması, məhəllənin memarlıq həlli (yaşayış binaları, maket və albom), sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndisi qurğular (qazanxana, nasosxana, transformator, yarımstansiya, su anbarı), sahədaxili xətlər və müəllif nəzarəti işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
İcra Hakimiyyəti böyük tender - ELAN EDİR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 657 942 manatlıq tenderin qalibi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Azər Dövlət Layihə Dövlət Baş Layihə İnstitutudur.
Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.