“MİDA” MMC “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisi ilə əlaqədar 960 şagird yerlik tam orta məktəb binasının qazanxana ilə birlikdə tikintisi, avadanlıqlarla təchiz edilməsi və məktəb ərazisinin abadlaşdırılması işləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “HN Construction” QSC olub.
Şirkətlə 7 814 968 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “HN Construction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Məmmədov Oqtay oğludur. Hüquqi ünvanı Z1117, Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi , ev 185, m. 14 ünvanında yerləşir.