"LUKOYL-Azərbaycan" QSC yanacaqdoldurma məntəqələrində brend elementlərin dəyişdirilməsi üzrə təmir-quraşdırma işlərinin yerinə yetirilməsi və neft bazasında avtoyükləmə stansiyasının çardağında brend elementlərinin dəyişdirilməsi üçün təmir-quraşdırma işlərinin aparılması üzrə tender elan edir.
Füzulidə çoxmənzilli binaların tikintisi başlayır - TENDER ELAN EDİLDİ - ŞƏRTLƏR
FED.az xəbər verir ki, lotdan ibarət, ikimərhələli açıq tenderdə iştirak pulsuzdur və son müraciət tarixi 10 avqust 2022-ci il tarixi, 18:00-dəkdir.
Lot №1. "LUKOIL-Azərbaycan" QSC-nin yanacaqdoldurma məntəqələrində brend elementlərin dəyişdirilməsi üzrə təmir-quraşdırma işlərinin yerinə yetirilməsi.
Lot №2. "LUKOIL-Azərbaycan" QSC-nin neft bazasında avtoyükləmə stansiyasının çardağında brend elementlərinin dəyişdirilməsi üçün təmir-quraşdırma işlərinin aparılması.
Tender haqqında ümumi məlumat:
Sifarışçi: Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13 ünvanında yerləşən "LUKOYL-Azərbaycan" QSC
Əlaqə telefonu: (012) 497-41-38,
E-mail: [email protected]
Əlaqələndirici şəxs: L.S.Mikayilova
İşlərin başlanma və sona çatdırılma tarixi: tenderin yekunlarına görədir.
Tenderlərin sənədlərinin tam komplekti, lazımi sənədlər əlavə olunmuş tenderdə iştirak üçün Müraciətin tələblərə uyğunluğu ekspertiza olunduqdan sonra sizin ünvanıniza göndəriləcək.
Tender təklifləri 25 avqust 2022-ci il tarixi, saat 18:00-dək yuxarıda qeyd olunmuş ünvana təqdim edilməlidir.
Tenderin birinci etapı 26 avqust 2022-ci il tarixdə saat 11:00-da yuxarıda qeyd olunmuş ünvanda keçiriləcəkdir.
"Tenderdə iştırak etmək üçün Müraciətin" forması, habelə tender haqqında tam məlumatı yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsilə əldə edə bilərsiniz.
Sizin tender təklifiniz tenderin keçirildiyi tarixdən sonra ən azı 90 təqvim günü ərzində qüvvədə olmalıdır.
Tender təklifləri Azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.
Tenderin qalibi ilə tender başa çatdıqdan sonra 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır.
Tenderdə iştirak üçün "ərizə" forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsilə almaq olar.