"Bakı Dövlət Universiteti" Publik Hüquqi Şəxsi (VÖEN – 1300489621) iki fərqli mövzuda beynəlxalq konfransların keçirilməsi üçün malların (iş və xidmətlərin) satın alınması məqsədilə açıq tenderlər elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan edilən müsabiqələrin detalları aşağıdakı kimidir:
“Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransın təşkili. Ehtimal olunan qiymət 31 512 manat, iştirak haqqı 63 manat təşkil edir.
“Qərbi Azərbaycana qayıdış milli ideyaların yeni mərhələsi kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın təşkili. Ehtimal olunan qiymət 34 344 manat, iştirak haqqı 69 manat təşkil edir.
Hər iki müsabiqə üzrə təkliflərin son təqdim olunma vaxtı 17 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək. İstifadə haqqı hər bir tender üçün 25 manat, tələb olunan iddiaçıların sayı isə 3 müəyyən edilib.
Əlaqələndirici şəxs: Nailə Əsgərli - Şöbə müdiri
+994 12 539 15 36
İddiaçılar təkliflərini 17 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33 ünvanına təqdim edə bilərlər.












