"Azərxalça" ASC-nin 4 tenderi ləğv olunub.
FED.az xəbər verir ki, 12.10.2022-ci il tarixində elan edilmiş №Su keçirməyən parça çantalarının satın alınması" kotirovkası, 28.10.2022-ci il tarixində elan edilmiş "Nəqliyyat vasitələrinin cari təmiri satın alınması" açıq tenderi, 03.09.2022-ci il tarixində elan edilmiş "Nəqliyyat vasitələrinin cari təmiri satın alınması" açıq tenderi və 31.08.2022-ci il tarixində elan edilmiş "Əl xalçalarının toxunuşu üçün köməkçi iplərin satın alınması" açıq tenderi Dövlət satınalmaları haqqında Qanunun 11.1 maddəsinə əsasən və Tender komissiyasının qərarı ilə ləğv edilib.
Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir