"Azərsu" ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması üzrə tenderə yekun vurub.
Eləcə də bax: 49 milyon manatlıq tenderin qalibi – BU ŞİRKƏT OLDU
FED.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Arko Təmir Tikinti Şirkəti” MMC seçilib.
Müqavilənin ümumi dəyəri 5,115 milyon manatdır. Qeyd edək ki, şirkət 2025-ci ilin sonuna kimi müqavilə üzrə su təchizatı və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı işləri başa çatdırmalıdır. (Apa)