"Azərişıq" ASC Enerji Vahid İdarəetmə Sistemi (“Evis”) üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin (vahid məlumat bazasının) yaradılması üçün açıq tender elan edib.
Eləcə də bax: 2 milyon manatlıq tenderi – BU ŞIRKƏT QAZANDI
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.
İddiaçılar ilkin sənədləri iyulun 13-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə iyulun 21-I, saat 15:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 13 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 22-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. (Report)