"Azərişıq" ASC “ASAN xidmət” mərkəzlərindəki layihələri üçün mal-materialların (1), eləcə də elektrik avadanlıqlarının məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
“Azərenerji” 746 min manatlıq tenderə - Yekun Vurub
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Meqaplus” firması və "Sabah Construction" MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 4,284 milyon manat və 4,447 milyon manat, ümumilikdə isə 8,731 milyon manat ödəniləcək.(report)