"Aqroservis" ASC Hacıqabul rayonunda kənd təsərrüfatı məhsullarının, istehsal vasitələrinin (mineral gübrələrin, pestisidlərin, toxumların, texnikaların və s.) saxlama anbarlarının, satış və servis mərkəzinin tikintisi işlərinin satın alınması üzrə tender elan edir.
Eləcə də bax: Dövlət qurumu böyük "əsaslı təmir" tenderi - ELAN EDİR – SİYAHI
FED.az xəbər verir ki, tenderdə iştirak etmək üçün son müraciət tarixi 2022-ci il 27 aprel saat 12:00-a kimidir.
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.
"Aqroservis" ASC qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.
Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Məmmədova Suqra İlqar qızı
Ünvan: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4
Tel: 051-206-47-33
E-mail: [email protected]
Tender təklifinin valyutası manatla, ABŞ dolları və ya Avro ilə ifadə oluna bilər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər.
Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusunu 3000.00 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:
Təşkilat: "Aqroservis" ASC,
VÖEN:1700382471;
H/h:AZ91AIIB38070019443500231102 AZN
Kapital Bank Mərkəz filialı
VÖEN: 9900003611
Kod: 200026;
M/h: AZ37NABZ01350100000000001944;
S.W.I.F.T.: AIIBAZ2XXXX
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 2022-ci il 27 aprel saat 12:00-dək aşağıdakı sənədləri (tender təklifi və 1% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- İştirak haqqının ödənilməsi barədə sənəd;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumat, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti;
- Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);
- Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat.
İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını müəyyən etmək üçün ixtisas göstəricilərinə dair tələblər aşağıdakılardır:
lİddiaçı satın alınması nəzərdə tutulan işlərin yerinə yetirilməsinə icazə verən müvafiq lisenziyaya malik olmalı;
lİddiaçı analoji satınalma predmeti üzrə ən azı 3 təşkilatdan tövsiyə məktubları təqdim etməli;
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 il ərzində Hacıqabul rayonu ərazisində həyata keçirilməlidir.
Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 2022-ci il 10 may saat 18:00-a qədər təqdim olunmalıdır.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.
Bağlı zərflər 2022-ci il 11 may tarixdə saat 12:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4 ünvanında yerləşən "Aqroservis" ASC-nin konfrans zalında açılacaqdır.