Maliyyə Nazirliyi bəzi blankların çapı ilə bağlı tenderin nəticələrini elan edib.
Azərişıq tender - ELAN EDİR
FED.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında protokolun və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının hazırlanması (çap olunması) məqsədilə tender 2021-ci il martın 31-də keçirilib.
Tenderdə “Çaşıoğlu Elm-İstehsalat” MMC qalib elan edilmiş və satınalmanın qalibi ilə 632 834 manat dəyərində müqavilə imzalanmışdır.