Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tenderin qalibi bəlli olub.
FED.az xəbər verir ki, nazirlik "EMA" MMC ilə 5 milyon 131 min manat məbləğində 2 müqavilə bağlayıb.
Eləcə də bax:"AZƏRALÜMİNİUM" yükdaşıma xidməti axtarır - TENDER ELANI
Yerli qurumlar üçün maşın və avadanlıqların satınalınması üçün imzalanan müqavilənin məbləği 4 milyon 498 min manat, yerli qurumlar üçün müxtəlif növ dərman preparatlarının (fumiqatların, pestisidlərin) satınalınmasını nəzərdə tutan müqavilənin məbləği isə 634 min manat təşkil edib.