Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) və Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) tenderlərinə yekun vurub.
Rayon İcra Hakimiyyəti kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) üçün 6 milyon 322 min 729 manat, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) üçün isə 7 milyon 544 min 747 manat ayrılmışdır.
Hər iki tenderin qalibi isə "Arash Medical Company" Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Qalib şirkətə ümumilikdə 13 milyon 867 min 476 manat ödəniləcək.
Qeyd edək ki, "Arash Medical Company" Qapalı Səhmdar Cəmiyyəti 22.06.2011-ci ildə dövlət qeydiyatına alınıb, nizamnamə kapitalı 2 000 manatdır. Qanuni təmsilçisi Kamran Məmmədov Abid oğludur.