Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi 30.08.2019 tarixdə 4 tender keçirib. FED.az xəbər verir ki, tenderlərin ümumi məbləği 29758.45 manat təşkil edib.
Aşağıdakı siyahıda nazirliyin tenderlərinin müqavilə məbləğini və qalib gələn şirkətlərin adlarını təqdim edirik.
Fiziki şəxs - Məmmədov Elmar İmran oğlu - Aparatın balansında olan nəqliyyat vasitələrinin hissələrinin yenisi ilə əvəz olunması və ya təmiri, sürtkü materiallarının dəyişdirilməsi xidmətlər - 9220 AZN
"Emin və Eynulla" MMC - Aparatın inzibati binasının fasasd örtüyünün (il ərzində 3 dəfə) yuyulması xidmətinin satın alınması - 13338.45 AZN
"ANTR" MMC - Aparatda xidməti istifadədə olan Siemens markalı, HiPath 3550 telefon sisteminin ayda bir dəfə profilaktik texniki baxışdan keçirilməsi, sistemdə proqram dəyişikliyi və ya nasazlığın aradan qaldırılması və servis xidmətinin (proqram dəyişmələri, telefon aparatlarının və rabitə xəttlərinin yoxlanılması, texniki nasazlıqların aradan qaldırılması) - 2200 AZN
Fiziki şəxs - Taleh Vəli oğlu İbrahimov - Bütün hüquq sahələri üzrə apellyasiya və kassasiya məhkəmə iclaslarında nazirliyin maraq və mənafelərinin müdafiə edilməsi xidmətləri - 5000 AZN