Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının inzibati binasının fotosel qapılarına və şlaqbaumuna texniki servis xidmətinin satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, təkliflərin son təqdim olunma tarixi və vaxtı 14.03.2022-ci il saat 17:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması - malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd (Sənədin skan edilmiş əsli və ya notarial qaydada təsdiq surəti təqdim edilməlidir.
Nizamnamə - sənədin skan edilmiş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim olunmalıdır.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir; 05.01.2022 -ci il tarixindən sonra alınmış arayış qəbul ediləcək.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.
Malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 05.01.2022 -ci il tarixindən sonra alınmış arayış qəbul ediləcək.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Zaur Əliyev / Satınalmaların təşkili və təchizat departamentinin müdiri
Əlaqə: [email protected] / 5302903