Müdafiə Sənayesi Nazirliyi tərəfindən elan edilmiş nəqliyyat vasitəsinin satın alınması ilə bağlı tender ləğv edilib.
Gənclər və İdman Nazirliyinin tenderi - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, tenderin ləğv edilmə səbəbi, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Bu səbəbdən tender qanunvericiliyin 36.1.1 maddəsinə uyğun olaraq müsabiqədə yetərsay yaranmaması səbəbindən ləğv edilib.
Qeyd edək ki, tender üzrə ehtimal olunan qiymət 44.500,00 AZN olaraq müəyyən edilmişdi. Müsabiqənin dərc edilməsi tarixi 21 fevral 2025-ci il saat 12:38 olub. Təkliflərin son təqdim olunma tarixi və vaxtı isə 17 mart 2025-ci il, saat 14:00-a qədər nəzərdə tutulmuşdu. Zərflərin açılış tarixi və vaxtı isə 17 mart 2025-ci il, saat 14:00 olaraq göstərilmişdi. Ləğv olunan tender üzrə alınmalı olan nəqliyyat vasitəsi 2024-cü il buraxılışlı avtomobil olmalı idi. Lakin tələb olunan iştirakçı sayı təmin olunmadığı üçün müsabiqə baş tutmadı.