Ədliyyə Nazirliyi struktur qurumlarının ədliyyə işçilərinə xüsusi geyim formalarının satınalınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 547 919 manatlıq tenderin qalibi Evim Textil MMC-dir.
Xatırladaq ki, Evim Textil MMC bundan əvvəl İqtisadiyyat Nazirliyinin xüsusi geyim vasitələrinin satınalınması üzrə 820 502 manatlıq tenderini qazanıb (24.11.2021).