“MİDA” MMC yaşayış kompleksinin tikinti layihəsi üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, “MİDA” MMC tərəfindən Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 hektar torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “PBA” Qapalı Səhmdar Cəmiyyəti olub.
Qalib şirkətə 511 min 500,5 manat ödəniləcək.