Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyi “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Naxçıvan şəhərindən 2 və 3 otaqlı mənzillərin satınalınması” tenderinin nəticələrini elan edib.
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillər veriləcək - MİLYONLUQ TENDER UDULDU
FED.az xəbər verir ki, tenderin qalibi Naxçıvan Şəhər İcra Hakimiyyəti olub.
Qalib şirkətlə 1 835 905 manat məbləğində müqavilə imzalanıb.