Avrora
Maliyyə monitorinqi üzrə Aparıcı auditor
Son tarix 18 okt 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə və əməliyyat prosesləri üzrə daxili audit yoxlamalarının həyata keçirilməsi;
- Maliyyə əməliyyatlarının şirkətin siyasət, prosedur və daxili nəzarət tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- Maliyyə məlumatlarının, hesabatların və əməliyyat göstəricilərinin düzgünlüyünün və tamlığının yoxlanılması;
- Hesabların, maliyyə məlumatlarının və müvafiq hesabatların qarşılaşdırılması və uyğunsuzluqların müəyyən edilməsi;
- Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
- Maliyyə səhvləri, sui-istifadə, saxtakarlıq və digər maliyyə risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
- ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünün və məlumat axınının bütövlüyünün yoxlanılması;
- Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının yoxlanılması və təhlili;
- Aşkar edilmiş nöqsan və uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin müəyyən edilməsi və icrasının izlənilməsi;
- Maliyyə və daxili nəzarət üzrə audit nəticələri, risklər və aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Maliyyə nəzarəti və risklərin idarə edilməsi sistemlərinin inkişafı üzrə təkliflərin hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:
- ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
- Audit və Maliyyə Nəzarəti prosedurlarının həyata keçirilməsi üçün pərakəndə sektoru üzrə ümumi biliklərin və müvafiq sahədə biznes prosesləri üzrə anlayışın olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.
- Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə;
- Maliyyə sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.













