Mobil Group
Logistika üzrə mütəxəssis
Son tarix 18 okt 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Beynəlxalq yüklərin hava, dəniz və avtomobil nəqliyyatı ilə daşınmasını koordinasiya etmək
- İdxal və ixrac yüklərinin daşınma prosesinin idarə olunması
- Gömrük rəsmiləşdirilməsi prosesinin izlənilməsi və koordinasiyası
- Daşıma və gömrük sənədlərinin hazırlanması və yoxlanılması
- Xarici və yerli tərəfdaşlarla, daşıyıcı şirkətlərlə və brokerlərlə əlaqələrin idarə olunması
- Yüklərin hərəkətinin gündəlik monitorinqi və çatdırılma müddətlərinə nəzarət
- Daşıma qiymətlərinin araşdırılması, təkliflərin alınması və müqayisə edilməsi
- Logistika xərclərinin optimallaşdırılması
- İdxal sənədlərini hazırlamaq və yoxlamaq: Commercial Invoice, Packing List, COO, EX1, T1, CMR, B/L, AWB, sertifikatlar və icazələr
- Logistika prosesləri üzrə hesabatların hazırlanması
- Daşıma zamanı yaranan operativ problemlərin həlli və proseslərin koordinasiyası
Tələblər:
- Logistika, təchizat zənciri, nəqliyyat və ya uyğun sahə üzrə ali təhsil
- Logistika sahəsində 1–3 il iş təcrübəsi
- Beynəlxalq daşımalar və gömrük prosesləri üzrə praktiki bilik
- Beynəlxalq daşıma yerli və xarici agentləri portfeli
- MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı
- Azərbaycan dilində səlis danışıq
- İngilis dili – C1
- Analitik düşüncə və operativ qərarvermə bacarığı
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı
Üstünlük hesab olunur:
- Peşəkar logistika sertifikatının olması üstünlükdür
- Rus dili – B1/B2
Biz nə təklif edirik:
- Əmək haqqı: 1000–1500 AZN + KPI
- Peşəkar və karyera inkişafı imkanı
- Stabil və inkişaf yönümlü iş mühiti
- Peşəkar komanda ilə işləmək imkanı
Ünvan: Əhməd Rəcəbli küçəsi 27B
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













