Müdafiə Nazirliyi İnzibati Bina və Qurğulara Qulluqetmə Xidmətinin "Qazanxana avadanlıqlarına servis xidmətinin göstərilməsi və ehtiyat hissələrinin dəyişdirilməsinin satınalınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv edilmə mətni - Təklif verən iddiaçıların sayı Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əasasən tenderin davamından imtina edilir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.