Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 şirkətə 9 milyon 679 min manatlıq sifarişlər verdi
Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatı əsaslı təmir ediləcək.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "AG Engineering" MMC ilə müqavilə bağlayıb. “Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatının əsaslı təmiri və avadanlıqlarla təchizatı işlərinin satın alınması”nı nəzərdə tutan müqavilənin məbləği 6 milyon 745 min manatdır.
Eləcə də bax: Səhiyyə Nazirliyinin 6,8 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “STT Qrup Azərbaycan” MMC ilə də müqavilə bağlayıb. “Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması”nı nəzərdə tutan bu müqavilənən məbləği 2 milyon 934 min manatdır.
Marja