Azərbaycanın ən böyük səhiyyə müəssisələrindən biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi Açıq tender elan edib.
Tender 1 lotdan ibarətdir və «Hazır yemək (keyterinq)» xidmətlərinin alışını nəzərdə tutur .
FED.az tenderin şərtlərini təqdim edir.
Lot 1- “Hazır yemək (keytrinq)”satınalınması.
Tenderin iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/- dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba “ASAN ödəniş” vasitəsi ilə köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Bank rekvizitləri:
VÖEN: 2701171541
Bank: Kapital Bank ASC Mingəçevir filialı
Kod: 200297
VÖEN: 9900003611
M/hesab: AZ37NABZ01350100000000001944
Hesab: AZ15AIIB38060019440133314129
S.W.I.F.T: AIIBAZ2X
Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar pr. 12
Tenderdə iştirak haqqı 775.00 (yeddi yüz yetmiş beş manat, 00 qəpik) manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1.Portalda tələb olunan sənədlər bölməsi üzrə:
1.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
2. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış.
3. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti.
4.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zətflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qavvədə olmalıdır);
5.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır).
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
7.Son bir il ərzində (fəalyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
8.İddiaçının tam adı, hüquqi statusu, Nizamnamə, qeydiyyatdan keçdiyi ölkə, rekvizitlər.
9.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qida təhlükəsizliyi qeydiyyatına alınması haqqında sənəd.(çıxarış)
10. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondundan ödənilməsi vaxtı keçmiş borcunun olub-olmaması haqqında rəsmi sənəd.
2.Portalda texniki meyarlar üzrə:
Portalda texniki bölümündə qiymətləndirməni aparmaq üçün iddiaçı tərəfindən müvafiq sənədlər yüklənməlidir.
3.Maliyyə təklifi bölməsi üzrə.
1.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).
2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır).
İddiacılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri dövlət satınalmalarının vahid internet Portalında qeyd olunan 18.02.2021-ci il saat 2200 tarixə qədər Portal vasitəsilə təqdim etməlidirlər.
Tender təklifi ilə bank təminatı sənədlərini 26.02.2021-ci il saat 1800 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçının təklifləri 01.03.2021-ci il saat 1000 tarixində açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdir (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). İddiaçı tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər.
Tender proseduru “Dövlər Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır.
Tender Komissiyası