Azərbaycan Respublikasının Milli Məclisi inzibati binalarının il ərzində şüşə və fasad örtüyünün yuyulması xidmətinin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir.
Səhiyənin İnformasiyalaşdırılması Mərkəzi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə (bundan sonra - Portal) https://www.etender.gov.az elektron formada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- satınalma müqaviləsini bağlamaq səlahiyyətinın olması;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Tenderdə iştirak etmək istəyən təşkilatlar predmet üzrə müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: 200 (iki yüz) manat
Satınalan təşkilat: Azərbaycan Respublikasının Milli Məclisi
VÖEN: 1700235621
Hesab №: AZ39CTRE00000000000001018501
Bank : Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
XHK: 1018501
Büdcə gəlirlərinin təsnifat kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
4. Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
- malgöndərənin ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07 may 2021-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 20 may 2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan təkliflər Portal vasitəsilə qəbul olunmayacaqdır. İddiaçıların təklifləri 21 may 2021-ci il saat 15:00-da açılacaqdır.
Əlaqələndirici şəxs: Möhbalı Cavid Xaliq oğlu
Əlaqə telefonu: (012) 492-31-26
E-poct ünvanı: [email protected]
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Parlament pr.,1, Milli Məclis
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.