"MİDA" MMC kombilərin satın alınması üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: "Azərişıq" elektron sayğac və abonent kartları üçün - 2 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi "İnteqral" QSC-dir.
"MİDA" 1196 ədəd kombinin (24 kW) alınıb quraşdırılması üçün "İnteqral" QSC-yə 907 min 824 manat ödəyib. Dövlət qurumu 1 ədəd kombi üçün 759 manat xərcləyəcək.
Qeyd edək ki, kombilər Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün satın alınıb.