Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, tender Sumqayıt şəhəri, 41-ci məhəllə 0,76 ha torpaq sahəsində 2 ədəd 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar satınalmalar üçün həyata keçirilir.
İddiaçılar tender təkliflərini 2019-cu il 13 iyun saat 17.00-a qədər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanına (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 594-54-01 daxili: 238) təqdim etməlidirlər. Təklif zərfləri 2019-cu il 14 iyun tarixində saat 15.00-da eyni ünvanda açılacaq.
Tenderdə iştirak haqqı 700 manatdır.
Eləcə də bax: Azərbaycanda çoxmilyonluq tenderin - nəticəsi açıqlandı – QALİBLƏR, MƏBLƏĞLƏR