AMEA Mərkəzi Elmi Kitabxana mühafizə xidmətlərinin satın alınması üzrə açıq tender elan edir.
DOST Agentliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: 100 (yüz) manat
TƏŞKİLAT: AMEA Mərkəzi Elmi Kitabxana
BANKIN ADI: Dövlət Xəzinədarlığı Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
MÜXBİR HESABI:
AZ41NABZ01360100000000003944
SWİFT BİK: CTREAZ22
H/HESABI:
AZ71CTRE00000000000004138415
VÖEN: 1300308521
BSK-3; BTK-142565
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. Mühafizə xidmətinin göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziyanın surəti
10. Digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 08 iyul 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını 16 iyul 2021-ci il saat 11:00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 19 iyul 2021-ci il saat 11:00-da açılacaqdır.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılacaqdır.