Azərbaycan Mərkəzi Bankının inzibati binalarında istismar olunan video-müşahidə və kart buraxılış sistemlərinin dəstəklənməsi xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, 22 aprel 2022-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı və AMB-nin rəsmi internet səhifəsində elan edilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 20 iyun 2022-ci il tarixli qərarına əsasən "B2B GROUP" MMC qalib elan edilib, qaliblə müvafiq satınalma müqaviləsi imzalanıb.