Mərkəzi Bank "IT avadanlıqlarının daşınması və quraşdırılması" xidmətinin satın alınması məqsədilə keçirdiyi tenderin ləğv olunduğunu elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 128 662 manat təşkil edirdi.
Satınalmanın ləğv edilməsinə səbəb kimi müsabiqədə iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş təchizatçıların sayının üçdən az olması (maddə 36.1.1) göstərilib.












