Mərkəzi Bank "Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin inzibati binası üçün 1 ədəd 60kVA UPS avadanlığının təchizatı və quraşdırılması işlərinin satın alınması" ilə bağlı kotirovka sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Avanqard UPS" MMC (VÖEN: 1501976711) seçilib.
Şirkətlə 22 056 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Avanqard UPS" MMC daha öncə də Mərkəzi Bankla 22 637 manat dəyərindəki "Mərkəzi Bankı tərəfindən UPS avadanlıqları üçün akkumulyatorların təchizatı və quraşdırılması işlərinin satın alınması" (01.10.2022) tenderi üzrə satınalma müqaviləsi bağlayıb.