Azərbaycan Mərkəzi Bankı sistemlərə giriş çıxışın nəzarəti sisteminin dəstəklənməsinin (PİM/PAM) satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
Dövlət qurumunun binası 7 milyona təmir ediləcək – QALİB ŞİRKƏT, ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “B and B Security Alliance Limited” MMC (VÖEN: 2006006361) olub. Tərəflər arasında 413 min 475 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, B and B Security Alliance Limited” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 51 min manat olan şirktətin qanuni təmsilçisi Əsgərzadə Murad Arif oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev.25 hüquqi ünvanında yerləşir.
Məlumat üçün bildirək ki, şirkət Mərkəzi Bankın tenderini udmaqla, bu il qalibi olduğu tenderlərin sayını səkkizə çatdırıb. Şirkət 8 tender çərçivəsində 2 milyon 678 min 66 manatlıq müqavilələr imzalanıb.













