Azərbaycan Mərkəzi Bankı elan etdiyi 2 tenderin qaliblərini açıqlayıb.
Abadlıq xidmətlərinin satın alınması üzrə tenderi - BU ŞİRKƏT QAZANDI - SİYAHI, MƏBLƏĞ
FED.az xəbər verir ki, Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) və Ani Ödənişlər Sistemində (AÖS) istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidmətinin satın alınması ilə bağlı tenderin qalibi "SİNAM" MMC olub.
Tenderin dəyəri 795 9000 manatdır.
İnformasiya təhlükəsizliyi sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması və dəstəklənməsi xidməti üzrə isə 1 226 000 manatlıq tenderin qalibi "SMARTIT" MMC olub.
Qeyd edək ki, ümumilikdə hər iki tenderə 2 022 000 manat ayrılıb.
Xatırladaq ki, "SMARTİT" MMC bundan əvvəl Mərkəzi Bankin kiber təhlükəsizliyin gücləndirilməsi üçün keçirdiyi 952 968 manatlıq tenderin qalibi olub. "SİNAM" MMC də bundan əvvəl Mərkəzi Bankın keçirdiyi 1 milyon 249 min 797 manatlıq tenderin qalibi olub.