Medianın İnkişafı Agentliyi “media marketinq xidmətinin satınalınması” üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 100 manatdır və son müraciət tarixi 13.09.2022-ci ilə kimidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vahid Əliyev
Əlaqə: 050 210 12 08
Satın alınacaq xidmətlər:
1 Sosial şəbəkələrdə reklam (PR) xidməti Agentliyin fəaliyyətinin işıqlandırılması məqsədilə reklam xidməti. İl ərzində Agentliyin rəsmi sosial media səhifələrinin (“Facebook” və “İnstagram”) və səhifələrdə paylaşılan təbliğat və təşviqat xarakterli məlumatların daha çox kütləyə çatması üçün reklam xidmətinin göstərilməsi və analitikası. 100 sosial media postu. 100 ədəd
2 Xarici saytlara abunəlik xidməti Postlarda şəkil, musiqi, dizayn effektləri və digər spesifik alətlərin alınması üçün Freepic.com və Elements.envato.com saytlarına 1 (bir) illik abunəlik xidmətinin satın alınması. 1 ədəd
3 Xüsusi açıqça Zərf: 21x10 sm (300 qr kağız + laminasiya + bıçaq + kəsim / ofset çap) Açıqça: (üz tərəf loqo və yazılar kəsim) 21x10 sm (300 qr kağız + laminasiya + bıçaq + kəsim (birtərəfli çap) ofset çap) Açıqça (içi): 21x10 sm (350 qr kağız (ikitərəfli çap) lazer çap) Açıqçalar hər bir individual olaraq hazırlanmalı, dizan xidməti daxil edilməli. 100 ədəd
4 Özəl açıqça A4 ölçüdə (350 qr kağız (ikitərəfli çap + qatlanma) lazer çap. Açıqçalar hər bir individual olaraq hazırlanmalı, dizan xidməti daxil edilməli. Konvert: 110 qr kağız üstünə çap daxil. 1500 ədəd