Maliyyə Nazirliyinin tenderlərinin qalibi bəlli olub.
Eləcə də bax: Büdcədən keçmiş prezidentlər üçün ayrılacaq məbləğ - MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderlərin qalibi "ATA TEXNOLOGİYA" MMC olub. Nazirliyin istifadəsində olan bir sıra proqram təminatı lisenziyalarının və mövcud sistemlərə quraşdırılmış virtualizasiya lisenziyalarının müddətlərinin uzadılması, həmçinin illik texniki dəstək xidmətlərinin satınalınması tenderi üzrə 146 min 231 manat məbləğində, Yeni məlumat bazası və server lisenziyalarının, eləcə də təhlükəsizlik proqram təminatının satınalınması üzrə 191 min 447 manat məbləğində müqavilə bağlanıb.