Gələn il üçün Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün ayrılan vəsait məlum olub.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün 327 min 170 manat vəsait ayrılacaq.
Eləcə də bax: 2020-ci il üzrə büdcə zərfi - MİLLİ MƏCLİSƏ DAXİL OLUB
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Apa