«Lusso Group» MMC (VÖEN: 0201539501) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına əlavə edilib.
Dövlət qurumlarına xidmət edən şirkətə - TENDER QADAĞASI QOYULDU
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar verib.
Məlumata görə, buna səbəb - «Lusso Group» MMC-nin satınalmada saxta sənəd təqdim etməsi olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 1 illiyinə, - yəni 2027-ci ilin avqust ayının 8-ə qədər qadağan edilib.
Qeyd edək ki, «Lusso Group» MMC 2024-cü ildə yaradılıb. Qanuni təmsilçisi Əjdərov Zaur Məhərrəm oğlu olan şirkətin nizamnamə kapitalı 50 manatdır.
Şirkət Naxçıvanda dövlət qurumlarının bir neçə tenderinin qalibi olub. Belə ki, şirkətlə qurumlar arasında 2026-cı ildə ümumi dəyəri 34 min 617 manat olan 3, 2025-ci ildə də ümumi dəyəri 25 min 997 manat olan 3 satınalma müqaviləsi imzalanıb.
Şirkət və qalibi olduğu tenderlər daha ətraflı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
|
1 |
Naxçıvan MR Prokrorluğu |
Mebel avadanlıqlarının satın alınması və quraşdırılması |
17 444 |
07.08.2026 |
|
|
|
2 |
Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyi |
Sair torpaq, tikili və avadanlıqların satın alınması |
3 231 |
24.07.2026 |
|
|
|
3 |
Naxçıvan MR Prokrorluğu |
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Heydər Əliyev guşəsinin yaradılması işlərinin satın alınması |
13 924 |
22.06.2026 |
|
|
|
4 |
Naxçıvan MR Prokrorluğu |
Mətbəə məhsullarının satın alınması |
4 918 |
25.12.2025 |
|
|
|
5 |
Naxçıvan MR Prokrorluğu |
Portretlərin və Hədiyyələrin satın alınması |
6 053 |
18.12.2025 |
|
|
|
6 |
Naxçıvan MR Prokrorluğu |
Təsərrüfat mallarının satın alınması |
15 026 |
15.10.2025 |
|
|
|
CƏMİ - 60 614 AZN |
|
|||||













