Tenderdə iştirak haqqı 150 (yüz əlli) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderin əsas şərtlər toplusunu almaq və tenderdə iştirakçı statusunu əldə etmək üçün “Şəki-İpək” ASC-nin aşağıdakı manat hesabına 150 (yüz əlli) manat məbləğdə vəsait ödəmək tələb olunur:
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı”nın Şəki filial
Swift Code: IBAZAZ2X
Bankın ünvanı: Şəki şəhəri, Heydər Əliyev prospekti, 61 A.
M/ h:AZ03NABZ01350100000000002944
Кod: 805410
Bank:
VÖEN:9900001881
Alan: “Şəki-İpək” ASC
Alanın hesabı:AZ46IBAZ40040019449336516266
VÖEN: 3000041011
Tenderdə müvafiq avadanlıqların istehsalı və ya satışı sahəsində geniş təcrübəyə və maddi - texniki bazaya malik olan hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflər açıldığı tarixdən əz azı 30 bank günü qüvvədə olmalıdır);
- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti) və bank rekvizitləri;
- tender təklifinin təminatını təsdiq edən sənəd (bankın təminatı zərflər açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında arayış ;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- tender təklifinin bank təminatı tender təklifinin 2 (iki) faizdən az olmamalıdır.
İddiaçının tender təklifindəki qiymət malların qiymət dəyərindən başqa, nəqliyyat, ƏDV, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.
Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkan və biliklərə malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 26 aprel 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş hər iki tərəfi imzalanmış ikiqat zərflərdə 3 may 2018-ci il saat 17.00-a qədər Şəki şəhəri, F.X.Xoyski küçəsi, 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 may 2018-ci il saat 11.00-da Şəki şəhəri, F.X.Xoyski küçəsi, 1 nömrəli ünvanda açılacaqdır.
Tenderin keçirilməsi ilə bağlı əlavə məlumat əldə etmək üçün “Şəki-ipək” ASC-nin ümümi söbə müdiri Abdullayev Yusif Əsədullah oğlu ilə (tel: +994 24 244 33 29) əlaqə saxlamaq olar.